Smartfondan bir həftəlik imtinaya görə 1000 dollar verirlər
ABŞ-da maraqlı aksiya keçirirlər. Smartfondan bir həftəlik imtinaya görə 1000 dollar verirlər.
Redaktor.az Bizimyol.info-ya istinadən xəbər verir ki, aksiyanı "Frontier Communications" internet provayderi reklam kampaniyası çərçivəsində keçirir. Əvəzində adi qapaqlı telefon işlətmək təklif olunur.
Provayder 1000 dolları elə-belə vermir. Pulu almaq üçün yaradıcılıq müsabiqəsində də iştirak etmək lazımdır. Yəni "eksperimentdə niyə sizin adınız olmalıdır?" sualının 100-200 sözlə izahı tələb olunur. Müsabiqədə uğur qazananlar bir həftə smartfondan imtina etməklə 1000 dolları ala bilər.












