SON DƏQİQƏ: Səudiyyə Ərəbistanına irimiqyaslı HÜCUM: Onlarla yaralı var

 13:08 12.06.2019     11512

Yəməndən Səudiyyə Ərəbistanındakı Abha beynəlxalq hava limanı atəşə tutulub.

Redaktor.az Röyters agentliyinə istinadən xəbər verir ki, hücum zamanı azı 26 nəfər xəsarət alıb. Lakin bəzi mənbələr tələfatın olduğunu yazır. Hücumun Husi üsyançıları tərəfindən təşkil olunduğu bildirilir. Yerli mənbələr yazır ki, üsyançılar hücum zamanı raketdən istifadə edib.

Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Əlavə edək ki, bəzi dairələr Ər-Riyadın bəzi hava limanlarından döyüş məqsədləri üçün istifadə etdiyini iddia edir. Təyyarələr hava limanlarında döyüşə hazırlandıqdan sonra Yəmənə əməliyyat həyata keçirməyə göndərilir.

Anar Türkeş / Redaktor.az