Sakinlərdən saatdan imtina etmək üçün parlamentə MÜRACİƏT
Norveçin Tromsö vilayəti yaxınlığında yerləşən Sommaröy adasının sakinləri saatdan imtina etmək qərarına gəlib.
Redaktor.az CNN-ə istinadən xəbər verir ki, qəsəbədə yaşayan sakinlər saatın stress yaratdığını irəli sürərək, ondan istifadə etmək istəmir. Qəsəbənin 300 sakini var.
Onlar adada saatdan istifadə edilməməsi üçün parlamentə müraciət edib. Sakinlər hesab edir ki, adada gecələr də aydın keçdiyi üçün vaxtı bilməyə ehtiyac yoxdur.
Anar Türkeş / Redaktor.az












