Başına bıçağın tən yarısı girdi... - İNANILMAZ HADİSƏ / FOTOLAR
ABŞ-ın Kanzas ştatında qəribə hadisə baş verib.
Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, İlay Qreq adlı yeniyetmə möcüzə sayəsində həyatda qalıb.
Hadisə isə belə olub. Evinin önündə dostları ilə oynayan Qreq təsadüfən əlindəki bıçağı yerə salıb. Daha sonra ayağı sürüşən gəncin başı bıçağın üstünə düşüb.
Başına bıçağın tən yarısı girən İlayı təcili olaraq xəstəxanaya aparıblar. Həkimlərin vaxtında müdaxilə etməsi ilə yeniyetmənin həyatını xilas etmək mümkün olub.
Rüfət Xəlil / Redaktor.az













