Ac fil bir nəfəri dişi ilə öldürdü

 23:38 21.06.2019     1259

Tailandda milli parkların birində fillər yatmış cütlüyə hücum edib.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, qida axtarışında olan heyvanlar həmin şəxslərin olduğu çadırı dağıdıb.

Nəticədə, fillərdən biri çadırda olan cütlüklərdən birini - kişini dişi ilə öldürüb. Qadın isə yaxınlıqdakı yük maşınının altında gizlənə bilib.

Qeyd edək ki, son illərdə Tailandda meşələrin qırılması filləri qida axtarışları üçün insanlara yaxınlaşmağa vadar edir.

Vumart və Güvən reklamı Vumart Güvən