"Wi-Fi"ni söndürdüyü üçün atasını ZƏHƏRLƏMƏK İSTƏDİ - 29 yaşlı gəncin DƏHŞƏTLİ İNTİQAMI / Fotolar

 22:14 21.06.2019     730

Tailandda qəribə hadisə baş verib.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, telefonda oyun oynamaq həvəskarı olan Sak Duanjan öz valideynlərinə qarşı sui-qəsd həyata keçirib.

Hadisə isə belə olub. Gecə saatlarında evə gələn 29 yaşlı gənc valideynlərinin yatmasına məhəl qoymayaraq telefonu ilə yüksək səsdə oyun oynamağa başlayıb.

Oğlunun bu hərəkətinə qəzəblənən ata evdəki "Wİ-Fİ" internet şəbəkəsini söndürüb. Atasının bu hərəkətinə qəzəblənən Sak Duanjan onunla əlbəyaxa dava edib. Qəzəbli halda evi tərk etməzdən əvvəl isə Sak mənzildəki su qabına tarakan zəhəri qatıb. Səhər yemək hazırlamaq üçün su qabına göz gəzdirən ana orada naməlum maddə aşkar edib. Qorxuya düşən ana polisə zəng edib.

Faktla bağlı araşdırma aparılır.

Rüfət Xəlil / Redaktor.az

22
Vumart və Güvən reklamı Vumart Güvən