İngiltərə mediası bu MİLYONÇU AZƏRBAYCANLIDAN danışır - 1 milyonluq saatını OĞURLATDI

 20:33 26.06.2019     2648

İspaniyanın məşhur İbiza kurortunda bir Azərbaycan vətəndaşı qarət olunub.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, 22 yaşlı adı açıqlanmayan həmyerlimizin 1 milyon funt sterlinq dəyərində saatı oğurlanıb. Hadisə Böyük Britaniya mediasının da diqqətini çəkib.

Azərbaycanlı turistə hücum edən naməlum şəxs onun "Richard Mille 50-03 McLaren F1" markalı bahalı saatını oğurlayıb. Hadisə səhər saatlarında İbiza çimərliklərindən birində baş verib.

Polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, "Richard Mille 50-03 McLaren F1" saatları dünyada cəmi 75 nüsxə ilə satışa çıxarılıb.

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən