1360 at güclü avtomobil təqdim edildi - FOTO

 17:54 29.06.2019     6781

"DS Automobile" şirkəti yeni, hiperkarını təqdim edib.

Redaktor.az ölkə.az-a istinadən xəbər verir ki, "X E-Tense" adı verilən yeni avtomobil elektrik enerjisi ilə çalışır.

Avtomobilin fantastik dizaynı gələcəyin modellərindən xəbər verir. Konsept qeyri-adi dizaynla yanaşı, çox güclü mühərrikə də sahibdir. Ön hissəyə quraşdırılan iki ədəd elektrik mühərriki 1360 at gücü hasil edir. Şirkətdən bildirilir ki, 1360 at güclü mühərriklə təchiz edilmiş avtomobillər yarış üçün nəzərdə tutulub. Adi yollar üçün isə nəzərdə tutulan modelin mühərriki 540 at gücündədir.

Kuzovda karbondan istifadə edilib.

1360 at güclü avtomobil təqdim edildi - FOTO

1360 at güclü avtomobil təqdim edildi - FOTO

 

Vumart və Güvən reklamı Vumart Güvən