ŞOK HADİSƏ: Göydən naməlum obyekt düşdü - FOTOLAR

 12:54 01.07.2019     3013

Kiprin paytaxtı Nikosiya yaxınlarına naməlum obyekt düşüb.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, hadisə zamanı partlayış səsləri eşidilib, ardınca isə ərazidə güclü yanğın başlayıb. Ərazi dərhal təhlükəsizlik əməkdaşları tərəfindən mühasirəyə alınıb. Hadisə tələfatsız ötüşüb.

Rəsmi dairələrin məlumatına görə, naməlum obyekt kosmik aparata və ya raketə bənzəyir. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Anar Türkeş / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən