Milyarder ad gününü keçirmək üçün məşhur TELE LAYİHƏNİ icarəyə götürdü - FOTO
Adı açıqlanmayan rusiyalı milyarder Fransanın məşhur "Fort Boyard" teleşousunu bir günlük icarəyə götürüb.
Redaktor.az RİA-ya istinadən xəbər verir ki, bu barədə "Parisien" nəşri məlumat yayıb.
50 yaşını qeyd etmək istəyən metallurgiya maqnatının ödədiyi məbləğ açıqlanmır. Tele layihənin keçirildiyi adanı 100 nəfərlik texniki personal ilə bir yerdə icarəyə götürən milyonçunun, dostları ilə bir yerdə burada qapalı yarış keçirəcəyi qeyd olunur.












