ABŞ təyyarəsi Floridanı bombaladı - Quşlar insidentə səbəb oldu / Fotolar

 21:19 03.07.2019     3859

ABŞ Hərbi Hava Qüvvələrinin qırıcısı "A-10 Thunderbolt II" Florida ştatının Suvanni-Sprinqs qəsəbəsinə təlim bombaları atıb.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, təyyarə uçuş zamanı havada quşlarla toqquşub. Bundan sonra texniki qüsur nəticəsində 3 ədəd 11 kiloqramlıq partlamayan bomba yerə düşüb.

Hazırda həmin bombaların axtarışları aparılır.  Yerli sakinlərə həmin maddələrə yaxınlaşmamaq tövsiyə edilib.

Rüfət Xəlil / Redaktor.az

2
Vumart və Güvən reklamı Vumart Güvən