Ən çox üstünlük verilən bu 20 PIN koddan istifadə TƏHLÜKƏLİDİR

 04:00 08.07.2019     2897

ESET", Amerikanın SANS İnsititutunun araşdırmasına diqqət çəkərək, telefonun klidini açmaq üçün daxil olunan PIN kodların əksəriyyətinin eyni olduğunu deyir.

Redaktor.az ted.az-a istinadən bildirir ki, ən çox istifadə olunan 20 PIN kod mövcuddur. Həmin PIN kodları təqdim edirik:

-0000, -1004, -1010, -1111, -1122, -1212, -1234, -1313, -2000, -2001, -2222, -4444, -3333, -4321, -5555, -6666, -6969, -7777, -8888, -9999

Telefon istifadəçilərinin 26%-i məhz bu kodlara üstünlük verir.

Test edilən bütün telefonların 26%-nin bu kodlardan istifadə edərək klidinin açıldığı bildirilib. Bu onu göstərir ki, telefon oğurlanarsa, itərsə, cinayətkarlar cihazın sahibi haqqında heç nə bilməsələr də bir neçə cəhddə telefona daxil ola bilərlər.

"ESET İngiltərə"dən təhlükəsizlik üzrə mütəxəssis Jake Moore, "Bu PIN kodlardan istifadə edirsinizsə, dəyişdirin", - tövsiyəsini edib.

Məna ifadə edən tarixlərdən istifadə etməyin

Jake Moore görə, təhlükəli olan bir başqa üsul isə daha tez xatırlamaq üçün məna ifadə edən tarixlərdən istifadə olunmasıdır: "Telefonda 4 rəqəmli kodlardan istifadə olunanda, istifadəçilər çox vaxt bir il ifadə edən kodlardan istifadə edirlər. 6 rəqəmli kod olan zaman da, əsasən asan xatırlanan bir tarixə üstünlük verilir. Çox təəssüf ki, kiber cinayətkar da telefonunuzun klidini açmaq üçün ehtimal oluna bilən kodlardan istifadə edir".

Bəs təhlükəsizliyi necə təmin edə bilərik?

Jake Moore: "Ən yaxşı üsul sizin üçün məna ifadə etməyən rəqəmlərdən faydalanmaqdır. Kod yaradan zaman, hərəkətlərinizi kimin izlədiyinə də diqqət edin. Bəzən ictimai nəqliyyat vasitələrində insanların tez-tez PIN kodlarını, şifrələrini girdiklərini, hətta kartların arxasındakı 3 xanalı CVV nömrəsi də daxil olmaqla, bütün kredit kartı məlumatlarını paylaşdıqlarını görürəm".

Cihazınızı arxivləyin

Jake Moore: "Cihazınızı arxivlədikdən sonra, iOS üçün "iPhone'umu Tap", Androiddə "Cihazımı Tap" ilə cihazınız daha təhlükəsiz olur. Bu üsulla siz kodunuzu, məlumatlarınızı uzaqdan silməyə kömək edir. Siz, bu yolla ən azından cinayətkarların cihazınıza daxil olmasının, şəxsi məlumatlarınıza baxmasının qarşısını ala bilərsiniz".