İmperatora məxsus saç topası REKORD QİYMƏTƏ satıldı

 21:58 08.07.2019     2252

Fransanın nüfuzlu Osenat hərrac evində İmperator  Napoleon Bonopartın saç topası satışa çıxarılıb.

Redaktor.az RT-yə istinadən xəbər verir ki, İmperatorun saç topası adı açıqlanmayan milyonçu tərəfindən 18,7 min funt sterlinqə satın alınıb.

Qeyd edək ki, satılan saç topası 1811-ci ildə Napoleon Bonopart tərəfindən öz parik ustasına verilib.

Saç topasının İmperatora məxsus olması parik ustası Konstant Veri tərəfindən məktubla təsdiqlənib.

Rüfət Xəlil / Redaktor.az