Prezident Mərahim Fərzəlibəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

 19:55 10.07.2019     1913

Prezident İlham Əliyev Mərahim Fərzəlibəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə Mərahim Fərzəli oğlu Fərzəlibəyov “Şöhrət” ordeni ilə təltif edilsin.