“Forbes” ilin ən çox gəlir əldə edən məşhurlarının siyahısını açıqlayıb - Teylor Svift birincidir

 23:21 10.07.2019     2572

“Forbes” dərgisi 2019-cu ilin ən yüksək məvacib alan 100 məşhurun reytinqini dərc edib.

Redaktor.az dərginin saytına istinadən xəbər verir ki, reytinqin birinci pilləsində qərarlaşan 29 yaşlı amerikalı kantri ifaçısı Teylor Svift bu il 195 milyon dollar qazanıb.

 Sviftin “Reputation” adlı albomu 226,1 milyon dollar gəlir gətirərək ABŞ tarixində rekord qırıb.

Reytinqdə top-model və “Kylie Cosmetics” şirkətinin sahibi Kayli Cenner 170 milyon dollarla ikinci, amerikalı reper Kenya Uest isə 150 milyon dollarla üçüncü olub. Sonrakı yerləri futbolçu Lionel Messi (127 milyon dollar) və müğənni Ed Şeran (110 milyon diollar) tutub.

Rüfət Xəlil / Redaktor.az