Şokolad sevənlər, MÜTLƏQ OXUYUN - Alimlərdən XƏBƏRDARLIQ

 19:48 11.07.2019     1682

Rusiyalı alimlər şokoladın gündəlik dozasını müəyyən ediblər.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentində araşdırma aparılıb.

Araşdırma aparan alimlər, gündəlik 25 qramdan çox şokolad yeməyin sağlamlığa zərərli olduğunu müəyyən ediblər. Tünd şokoladın isə yalnız günün birinci yarısında yeyilməsi vacib olduğu vurğulanıb.

Bundan başqa alimlər şokoladın qocalma prosesini ləngidən ən yaxşı vasitə olduğunu açıqlayıblar.

Rüfət Xəlil / REDAKTOR.AZ