Dəniz iblisi dalğıcdan kömək istəyib - VİDEO

 11:14 14.07.2019     2800

Avstraliyanın şimal-qərb sahillərində dəniz iblisi (skat növü – red.) bir qrup dalğıca yaxınlaşaraq, gözünün yaxınlığındakı qarmağı çıxarmağı “xahiş edib”.

Redaktor.az xəbər verir ki, bu barədə “The Sun” yazır.

Dalğıclardan biri sualtı fotoqraf Cek Vilton olub. Onun sözlərinə əsasən, məhz həmin skatı, o, dəfələrlə Ninqalu rifi yaxınlığında görüb.

“Dalğıcları tez-tez həmin əraziyə aparıram və mənə elə gəldi ki, o, məni tanıdığı üçün yaxınlaşdı”, - deyə fotoqraf bildirib.

Yerli adamların Çilli adı verdiyi dəniz iblisi dalğıca tərəf üzərək, balıqçı qarmağı keçmiş gözünü ona yaxınlaşdırıb. Fotoqraf qarmağı çıxarmaq üçün bir neçə dəfə cəhd etməli olub, bu müddətdə isə skat yerindən tərpənməyib.

Bildirilir ki, dalğıclar olmasaydı, Çilli kor ola və hətta ölə bilərdi.(oxu.az)