Rusiyalı səyyah 9 dünya rekorduna imza atmağa hazırlaşır

 12:51 14.07.2019     3367

Rusiyalı səyyah Fedor Konyuxov nəhəng gəmi ilə Yer ətrafında üç dəfə dövr etməklə 9 dünya rekorduna imza atmağı planlaşdırır.

Redaktor.az TASS-ın məlumatına əsasən xəbər verir ki, Konyuxov bunun üçün 76 metr uzunluğu olan gəmi tikməyə hazırlaşır.

Qeyd edilir ki, səyahətin 80 gündən az müddətə başa vurulması planlaşdırılır.

67 yaşlı Konyuxov artıq 5 dünya səfərinə imza atıb. O, 2019-cu ilin mayında avarlı qayıqla Sakit okeanının cənub hissəsini üzərək keçib.(oxu.az)