71 il evli qaldılar, eyni gündə VƏFAT etdilər - İNANILMAZ EŞQ HEKAYƏSİ

 21:17 18.07.2019     7462

ABŞ-ın Corciya ştatında maraqlı hadisə yaşanıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, 71 il evli olan cütlük eyni gündə vəfat edib.

Xəbərdə qeyd olunur ki, Herbert Deleqayl və Merilin Frensis Deleqayl 1947-ci ildə tanış olublar. Cütlüyün 6 uşağı, 16 nəvəsi və 26 nəticəsi olub. Vəfat edən zaman Herbertin 92, onun həyat yoldaşı Merilinin 88 yaşı olub. 15 iyul tarixində saat 02-20-də Herbert dünyadan köçüb. 12 saatdan sonra isə onun xanımı Merilin.

Rüfət Xəlil