“Google Assistant” bizə qulaq asır?: Şirkət sözçüsü danışdı

 21:23 21.07.2019     369

"Amazon"un səsli assistant "Alexa"nın istifadəçilərə icazəsiz qulaq asdığının ortaya çıxmasından sonra, "Google"un da danışılanlara "qulaq yoldaşı" olduğu məlum olub.

Redaktor.az facemark.az-a istinadən bildirir ki, Hollandiyanın yayım təşkilatı VRT NWS tərəfindən hazırlanan hesabata görə, "Google Assistant" istifadəçilərin səslərini gizlicə qeyd edib və bunların bir çoxuna "Google" işçiləri qulaq asıb.

Firmanın sözçüsü isə məsələ ilə bağlı deyib ki, müstəqil podratçıların "Google Assistant" tərəfindən qeydə alınan səslərə əlçatanlıq icazəsi var, amma bu süni zəka texnologiyalarının inkişafı ilə bağlıdır.

Nümayəndə "Business Insider" etdiyi açıqlamada, dil mütəxəssisləri olan bu podratçıların səs yazmaların sadəcə 0,2%, kiçik bir qismini kopya etdiklərini deyib. Sözçü fərqli dil və aksentlərə sahib istifadəçilərin göstərişlərini daha yaxşı anlamaq və daha yaxşı səsli xidmət təklif etmək üçün bunun önəmli olduğunu bildirib.

Ancaq VRT NWS-in hesabatına, əsasən "Google"da 153 dənəsi səhvən qeyd edilən 1000-dən çox səs yazması var. Bu səslər içərisində istifadəçilərin gündəlik danışıqlarından başqa, fiziki şiddətin də olduğu səslər yer aldığı iddia edilib.