“Qarabağ”ın futbolçusu yeni 250 minlik maşın aldı - FOTOLAR

 22:25 21.07.2019     433

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Araz Abdullayev özünə yeni avtomobil alıb.

Redaktor.az unikal.org-a istinadən  xəbər verir ki, o, yeni aldığı “Nissan GT-R” markalı avtomobili ilə fotosunu şəxsi İnstaqram hesabında paylaşıb.

Qeyd edək ki, Abdullayevin yeni avtomobilinin qiyməti 150 min dollardan (255 min manat) başlayır. 720 at gücündə olan idman avtomobili iki qapılıdır və mühərrikinin həcmi 3,8-dir.

Onu da qeyd edək ki, təcrübəli yarımmüdafiəçi bundan öncə “Maserati” markalı avtomobil sürüdü. O, həmin maşında olan dövlət qeydiyyat nişanını “Nissan GT-R”də istifadə edəcək.

“Qarabağ”ın futbolçusu yeni 250 minlik maşınaldı (Foto)“Qarabağ”ın futbolçusu yeni 250 minlik maşınaldı (Foto)