“Harri Potter”in ilk nəşri 41 min dollara satıldı

 00:22 03.08.2019     837

Yazıçı Coan Roulinqin məşhur “Harri Potter və fəlsəfə daşı” kitabının birinci nəşri hərraca çıxarılıb.

Redaktor.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, kitab 1997-ci ildə 500 nüsxə tirajla çapdan çıxıb və ilk nəşrinin qiyməti bir funt sterlinq olub.  İlk nüsxə adı açıqlanmayan şəxs tərəfindən 41 min dollara satın alınıb.

Rüfət Xəlil/Redaktor.az