Dilənçilər LİSENZİYA alacaq - Bu ölkədə

 21:57 05.08.2019     2652

İsveçin Eskilstuna şəhərinin rəhbərliyi maraqlı qərar verib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, şəhərdə dilənçilik etmək istəyənlər pul qarşılığında icazə alacaqlar.

Qərara əsasən, 3 aylıq dilənçilik lisenziyası 26 dollara başa gələcək. Lisenziya sənədsiz şəxslərə verilməyəcək.

Məlumata görə, artıq 8 nəfər dilənçilik lisenziyası almaq üçün müraciət edib

Rüfət Xəlil / Redaktor.az