Qadınların sinəsi açıq üzməsinə icazə verildi - Bu ölkədə /Foto

 19:37 07.08.2019     3293

İspaniyanın Barselona şəhərinin meriyası qəribə qərar verib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, şəhər rəhbərliyi bələdiyyə idarələri tərkibində olan bütün su hövzələrində qadınların sinəsi açıq üzməsinə icazə verib.

Barselona merinin köməkçisi Janet Sans qadınların da kişilər kimi eyni hüquqlara malik olduğunu önə çəkib. Bundan başqa Sans, yerli qanunların qadınların sinəsi açıq üzməsinə heç bir məhdudiyyət qoymadığını qeyd edib.

Rüfət Xəlil /Redaktor.az

 

Vumart və Güvən reklamı Vumart Güvən