Alimlərdən QORXULU PROQNOZ - Qrenlandiya adası yox ola bilər

 02:24 08.08.2019     5434

Alimlər Qrenlandiya adası ilə bağlı həyəcan təbili çalır.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, avqust ayı ərzində dünyanın ən nəhəng adasında buzlar sürətlə əriyir.

Son hesablamalara görə, əriyən buzların ümumi həcmi 12,5 milyard tona bərabərdir. Mütəxəssislər 1950-ci ildən bu yana ən çox ərimə prosesinin bu yay yaşandığını qeyd ediblər.

Ərimə prosesinin Avropanı ağuşuna alan anomal istilər səbəbindən baş verdiyi vurğulanır.Son illərdə Qrenlandiya adasında orta temperatur 15-30 dərəcə artıb. Bu isə gələcəkdə daha böyük fəsadlara yol aça bilər.

Rüfət Xəlil / Redaktor.az