Həbib Nurməhəmmədov Kadırova cavab verdi - "Allaha and olsun ki, bəzən sadəcə ona oxşaya bilmədiyim üçün çox utanıram"
Məşhur qaydasız döyüş ustası Həbib Nurməhəmmədov Çeçenistan prezidenti Ramzan Kadırovun Şeyx Şamil haqda sözlərinə cavab verib.
Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, milliyətcə avar olan Nurməhəmmədov "İnstagram" vasitəsilə fikirlərini bölüşüb.
Həbib Şeyx Şamilin qəhrəmanlığını yerə-göyə sığdıra bilməyib.
"Allaha and olsun ki, bəzən sadəcə ona oxşaya bilmədiyim üçün çox utanıram"- döyüşçü yazıb.
Qeyd edək ki, ötən gün Çeçenistan prezidenti Ramzan Kadırov Şimali Qafqaz xalqlarının milli qəhrəmanı Şeyx Şamil haqda xoş olmayan cümlələr işlətmişdi.
Rüfət Xəlil /Redaktor.az












