Alimlər 39 yeni QALAKTİKA aşkarladı - YARADILIŞ haqda təsəvvürlər dəyişəcək

 01:23 09.08.2019     766

Beynəlxalq alimlərdən ibarət qrup 39 yeni qalaktika aşkarlayıb.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, astronomlar ALMA teleskopunun köməyi ilə qədim qalaktikaları tapıblar.

Məlumata görə bu qalaktikaların varlığı və yaranma tempi müasir Yaradılış teoriyasl ilə uyğun gəlmir. Yeni tapılan bu 39 solğun qalaktika uzun müddət kosmosda müşahidələr aparan HUBBLE teleskopları tərəfindən görülməyib. Yalnız ALMA teleskopunun texniki imkanları onları üzə çıxarıb.

Alimlər yeni qalaktikaların əvvəlki dünya və kosmos haqda olan bütün təsəvvürləri kökündən dəyişəcəyini iddia ediblər.

Rüfət Xəlil /Redaktor.az