Məşhur rusiyalı iş adamının başı dərddə - Keçmiş arvadı 7 milyarda iddia edir

 01:22 10.08.2019     778

Rusiyanın nəhəng "Nornikel" şirkətinin təsisçisi, milyarder Vladimir Potaninin başı dərddədir.

Ölkəsinin ən varlı adamlarından biri olan Potaninin keçmiş həyat yoldaşı Natalya, əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət edib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, Natalya Potanina keçmiş ərinin 7 milyard funt sterlinqinə iddia edir.

Ekspertlər Potaninlərin boşanmasının Britaniya tarixinin ən bahalısı olacağını bildirirlər.

Qeyd edək ki, Vladimir Potaninin var-dövləti 23 milyard dollara bərabərdir.

Rüfət Xəlil / Redaktor.az