Palma yağı İndoneziyanı Avropa İttifaqı ilə düşmənə çevirdi - Ticarət müharibəsinin əsası qoyuldu

 07:22 10.08.2019     868

İndoneziya dövləti ticarət tərəfdaşı olan Avropa İttifaqı ölkələrinə iqtisadi müharibə elan edib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, İndoneziya İttifaq dövlətlərindən süd məhsullarının idxalını 18 faizə qədər azaldıb.

Bu addım Avropa ölkələrinin İndoneziyadan alınan palma yağına qoyulan yüksək tarifə görə atılıb.

İyun ayında Avropa İttifaqı palma ağaclarının sürətlə qırılması səbəbindən, İndoneziyadan alınan palma yağlarlna məhdudiyyət tətbiq edib.

İndoneziya bu qərardan sonra süd məhsullarının idxalına görə, Hindistan, ABŞ ,Avstraliya və Yeni Zelandiyaya müraciət ünvanlayıb.

Rüfət Xəlil / Redaktor.az