İnsan üzlü hörümçək görənləri şok etdi - FOTOLAR

 18:55 10.08.2019     1045

 

Türkiyənin Mersin və Adana şəhərlərində görülən insan üzlü hörümçək bu dəfə də Osmaniyedə ortaya çıxıb.

Redaktor.az Türkiyə mediasına istinadla bildirir ki, Osmaniyedə yaşayan Ahmet Tan adlı adam evinin həyətində insan üzünü xatırladan hörümçəklə qarşılaşıb.

Latınca adı “thomisus onustus” olan xərçəng-hörümçəklə bağlı internetdə araşdırma edən adam hörümçəyin Türkiyədə nadir görünən bir növ olduğunu öyrənib. Ahmet Tan hörümçəyi şüşə qaba qoyaraq qoruma altına alıb və ona zərər vermədən təbiətə buraxacağını bildirib.(metbuat.az)

Image result for insan yüzlü örümcek

Image result for insan yüzlü örümcek