Dünyada ilk dəfə - 4 ton şokoladdan ŞƏHƏR DÜZƏLTDİ / Foto

 04:47 11.08.2019     1055

Avropada akademiya təhsili aldıqdan sonra Türkiyəyə qayıdan şokolad ustası Məsut Kırımlı YUNESKO-nun Dünya Miras Siyahısında olan Karabük vilayətindəki Safranbolu şəhərinin şokoladdan maketini hazırlayıb.   

Redaktor.az xəbər verir ki, Safranbolunun görülməsi lazım olan 15 tarixi əsərini fərqli örtmə üsulları ilə tamamilə şokoladdan hazırlayan usta bu iş üçün 4 ton şokoladdan istifadə etdiyini deyib.    Bütün həyatını şokolada həsr edən Kırım dünyada ən yaxşı qorunan 20 şəhər arasında göstərilən Safranboludakı Osmanlı zamanından qalma hamam, bulaq, məscid və körpülərin həmçinin bir mağaranın maketini şokoladdan hazırlayaraq 500 kvadratmetrlik sahədə sərgiləyir.   Qeyd edək ki, temperaturu nəzarət altında saxlanılan muzeydə su kranından şokolad axan bir hovuz da var. /moderator.az/