"YouTube" kanalında ən populyar sovet filminin adı açıqlanıb

 19:18 11.08.2019     1161

"Mosfilm" Kino Konserninin "YouTube" kanalında ən populyar sovet filminin adı açıqlanıb.

Redaktor.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat kinostudiyanın saytında yerləşdirilib. Vladimir Menşovun "Məhəbbət və göyərçinlər" filmi ən reytinqli film sayılıb.

Məlumatda deyilir ki, film videohostinqdə yerləşdirilən vaxtdan 20 milyondan çox baxış sayı toplayıb. "I" əməliyyatı və Şurikin başqa macəraları", "İvan Vasilyeviç peşəsini dəyişir" filmləri də ən çox baxılan sovet filmlərindən sayılıb.