Türk tarixi üçün önəmli tapıntı: bu, kimin məzarıdır?
Türkiyənin Ərzurum şəhərində aparılan qazıntı işləri zamanı üzərində "Sultan Əlaəddin" yazılmış qəbir tapılıb.
Redaktor.az kult.az-a istinadən xəbər verir ki, mütəxəssislər sözügedən məzarın Səlcuq hökmdarı I Əlaəddin Keyqubada aid olduğunu ehtimal edirlər.
I Əlaəddin Keyqubadın Ərzurumda vəfat etməsi bu iddianın gerçək olması ehtimalını gücləndirir.
Aparılan analizlərdən sonra məzarın kimə məxsus olduğu bilinəcək.












