Keçmiş arvadını eyvandan küçəyə atdı - Səbəbi....

 00:27 14.08.2019     2228

Ukraynanın Odessa şəhərində qəribə hadisə baş verib.

Redaktor.az Mk.ru-ya istinadən xəbər verir ki, 32 yaşlı ər keçmiş həyat yoldaşını evinin 4-cü mərtəbəsindən atıb.

Məlumata görə, oğurluq üçün keçmiş arvadının evinə girən ər səs salaraq 57 yaşlı qadını yuxudan oyadıb. Qadının səs-küyüdən qorxan ər qadını eyvandan küçəyə atıb.

Xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir.

Həbs edilən şəxsi isə 15 il azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Rüfət Xəlil / Redaktor.az