Sibirdə hun tüklərinin kütləvi MƏZARLIĞI AŞKARLANDI

 07:21 15.08.2019     6436

Rusiyanın Tümen Dövlət Universitetinin arxeoloqları maraqlı tapıntı ilə gündəmə gəlib.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, Staro Libaevo kəndində qazıntılar aparan arxeoloqlar qədim hun türklərinə aid kütləvi məzarlıq aşkarlayıblar.

Məlumata görə, 40 nəfər arxeoloqun 6 həftə ərzində apardığı ekspedisiya tarixdə qaranlıq qalan bəzi məsələlərə aydınlıq gətirəcək.

Ekspedisiyanın rəhbəri Natalya Petrovna Matveyeva bu tapıntılardan sonra, hun türklərinin Avropadan əvvəl niyə Sibirdə məskunlaşdığına aydınlıq gətirəcəyini qeyd edib.

Rüfət Xəlil / Redaktor.az