Dünyanın ən maraqlı 19 YERİ - VİDEO

 17:30 16.08.2019     7891

Redaktor.az yer kürəsinin 19 ən maraqlı nöqtəsi haqqında məlumatı təqdim edir:

Küplər vadisi.

Laosun Xienq Kxuanq əyalətində, dəniz səviyyəsindən 1000 metr hündürlükdə yerləşir. Burada hündürlüyü 1 m-dən 3,5 m-dək dəyişən, diametrləri 1 m olan yüzlərlə daş küp var. Küplərin mənşəyi, yəni kim tərəfindən, nə məqsədlə hazırlandığı məlum deyil. Yerli əhali bu küpləri “cadugərin həvəngdəstəsi” adlandırır. 3000 ilə yaxın yaşı olan küplərin hazırlandığı süxur daşları onların yerləşdiyi əraziyə xas deyil. Vadi dövlət tərəfindən mühafizə olunur.

Pişiklər adası.

Söhbət Yaponiyanın İsinomaki şəhərinin bir hissəsi sayılan Taşiro adasından gedir. Adada yerləşən Oodomari və Nitoda qəsəbələri arasında Pişik məbədi var. Adanın yerli əhalisi qədim zamanlardan ipəkçiliklə məşğul olub. Siçovullar onların sənayesinə böyük zərbə vurub. Lakin, pişiklər də siçovullara qənim kəsilib. Buna görə də adada pişiklərə rəğbət bəslənir. Adada pişiklərin sayı insanların sayından çoxdur. Taşiro`ya it gətirmək qadağandır.

Daha ətraflı videoda: