Süni saqqal taxıb stadiona getdilər – 6 qızdan ilginc addım

 11:27 18.08.2019     1206

İranda süni saqqaldan istifadə edərək futbol matçını izləmək üçün Tehranın "Azadi" stadionuna gedən 6 qız həbs edilib.

Redaktor.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə İran KİV-də məlumat yayılıb.

Məlumata görə, avqustun 12-də Tehranın "Azadi" stadionuna daxil olan 6 qız hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilərək Qərçək həbsxanasına aparılıb.

Sosial şəbəkələrdə "Azadi qızları" adı ilə məşhurlaşan biri Furuq Əlayi İranda nəşr olunan "İqtisadiyyat dünyası" qəzetinin müxbiri və fotoqrafıdır.

ƏTRAFLI
British School in Baku
Qeyd edək ki, İranda qadınların idman zallarına və futbol stadionlarına girişi qadağandır.