Titanik gəmisinin kapitanı Edvard Smit haqqında maraqlı faktlar

 16:57 18.08.2019     1799

Edvard Smit İngiltərənin Stok-on-Trent şəhərində 1853-cü il 27 yanvar tarixində, Edvard Con Smit və Katerina Hankokun ailəsində dünyaya gəlib. 13 yaşına qədər Etruria ingilis məktəbində təhsil alıb. Daha sonra isə təhsilini Liverpul şəhərində yerləşən dənizçilik akademiyasında davam etdirib. Edvard Smitin ilk gəmiçilik təcrübəsinə "A Qibson" şirkətinə məxsus olan Senator Veberdə yiyələnib.

Edvard Smit 1880-cı ilin mart ayında Uayt Star Layn şirkətinin Seltik gəmisində dördüncü ofiseri olaraq işə başladı. O, Avstraliya və Nyu-York arasında fəaliyyət göstərən gəmidə uzun müddət işləmişdir. 1887-ci ildə Edvard Smit Uayt Star Layn şirkətinə məxsus gəmilərin birinə ilk dəfə olaraq kapitan təyin olundu. O, "SS Resbulica" adlanan gəmidə bir müddət kapitan vəzifəsində işləmişdir.

Edvard Smit "Uayt Star Layn" şirkətinə məxsus 17 gəmidə kapitanlıq etdikdən sonra Titanik gəmisinə kapitan təyin olundu. Edvard Smit həmin dövrdə təkcə "Uayt Star Layn" şirkətinin deyil, həm də bütün İngiltərədə ən məşhur kapitanlardan biri hesab olunurdu.

Titanikin batmasında kapitanın hansısa günahının olub-olmaması bu gün də tam məlum deyil. Müxtəlif iddialara əsasən, gəminin aysberqlə toqquşması və toqquşmadan sonra sürətlə batmasında Smit tərəfindən qəbul olunan bəzi yalnış qərarlarında rolu olmuşdur.

Titanik batan zaman Edvard Smit ölmüşdür. Onun hansı şəraitdə ölməsi barədə müxtəlif fikirlər vardır. Robert Balardın fikrinə görə, Smit Titanik filimində olduğu kimi, körpü istiqamətində irəliləmiş və burada son əmrlərini vermək üçün gözləmişdir. Gəminin batmasından sonra isə Atlantik okeanının buzlu sularında itkin düşmüşdür.

Digər bir iddia da isə kapitanın şəxsi silahı ilə intihar etdiyi göstərilir. Gəminin batmasından xilas olan şəxslər, sonralar danışdıqları xatirələrində Edvard Smitin valideynlərindən ayrı düşmüş kiçik yaşlı bir qızı qayıqa qədər ötürdüyü görmüşlərdir. Bir çox hadisə şahidləri Smitin son anlarında belə özünü təmkinli və soyuqqanlı apardığını bildirmişdir.(milli.az)