Paraşütü açılmadı - 1500 metr hündürlükdən yerə çırpıldı

 20:19 19.08.2019     2612

Kanadada inanılmaz hadisə baş verib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, Trua Rivyer şəhərində 30 yaşlı qadın 1500 metrlik məsafədən paraşütlə tullanıb.

Qadının tullandıqdan sonra əsas və ehtiyat paraşütü açılmayıb. Lakin xoşbəxtlikdən tullandığı ərazi meşəlik olub. Meşəlik əraziyə düşən qadın bir neçə ağır xəsarət alsa da həyatda qalıb. Hazırda xəstəxanada olan paraşütçü qadının həyatı üçün təhlükə sovuşub.

Rüfət Xəlil / Redaktor.az