Alimlərdən QORXULU PROQNOZ - Şimali Amerika, Mərkəzi Avropa və Şimali Asiya təhlükədə

 20:37 20.08.2019     1304

Humbolt adına Berlin Universitetinin alimləri qlobal istiləşmə ilə bağlı xəbərdarlıq edib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə nüfuzlu Phys.org saytında məlumat yayılıb.

Alimlər orta illik temperaturun cəmi 2 dərəcə artmasının gələcəkdə böyük fəsadlar törədəcəyini bəyan edib. İstiləşmənin biomüxtəlifliyə və qida sənayesinə mənfi təsir edəcəyi almləri ən narahat edən məsələdir. Klimatik dəyişikliklər hava sirkulyasiyasına da təsir edəcək. Qlobal iqlim dəyişikliyindən ən çox Şimali Amerika, Mərkəzi Avropa və Şimali Asiya əziyyət çəkəcək. Alimləri ən çox düşündürən məsələ ABŞ-da son yüz ilin ən rütubətli havasının mövcudluğudur. Klimatoloqların bu problemlərin aradan qaldırılması üçün konsepsiya hazırlayacağı istisna edilmir.

Rüfət Xəlil / Redaktor.az