Avropanın ən böyük məscidinin açılışı oldu - "Müsəlmanların qüruru"

 22:57 23.08.2019     1232

Çeçenistanın Şali şəhərində Avropanın ən böyük məscidinin açılışı olub.

Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

"Müsəlmanların qüruru" adlandırılan məscid binası 30 min insan tutumuna malikdir. Bütün məscidin ərazisində eyni vaxtda 70 mindən çox insan ibadət edə bilər. Tavanının 43 metr olduğu bildirilən məscidin ən hündür minarəsi 63 metrə bərabərdir.

Rüfət Xəlil / Redaktor.az