Məşhur milyarder üçün xüsusi hazırlanan avtomobil satışa çıxarıldı - FOTOLAR

 18:21 25.08.2019     1826

Məşhur türk iş adamı və milyarderi Vehbi Koç üçün xüsusi olan hazırlanan avtomobil satışa çıxarılıb.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, “Fiat” tərəfindən hazırlanan və V.Koça hədiyyə edilən avtomobil 1980-ci ildə istehsal olunub.

Dövrün tələblərinə görə super modifikasiyaya sahib olan minik avtomobili kondisionerlə və gülləkeçirməz şüşələrlə təchiz olunub.

Avtomobil 39 il əvvəl istehsal olunsa da, cəmi 18 min km məsafə qət edib.

Özəl bir avtosalonda lüks avtomobillərin arasında alıcısını gözləyən minik maşını V.Koçun həkiminin oğlu tərəfindən satışa çıxarılıb.