Timsah balasını öldürdü, HƏBS EDİLDİ

 23:37 26.08.2019     3167

ABŞ-ın Luiziana ştatının Lafayett şəhərində qəribə olay yaşanıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, 23 yaşlı Kleyton Virhus 30 santimetrlik timsah balasını öldürdüyü üçün həbs edilib.

Ştat qanunlarına əsasən, ov mövsümü başlamadan heyvanlarla pis rəftar ağır cinayət sayılır.

Gənc sakini 1 ildən 10 ilədək və ya küllü miqdarda pul cəzası gözləyir.

Rüfət Xəlil / Redaktor.az