Pilot göydə huşunu itirdi - Görün, təyyarəni kim yerə endirdi

 22:18 26.08.2019     1028

Britaniyanın Mançester şəhərindən Portuqaliyanın Madeyra adasına uçan Jet2 sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, təyyarənin pilotunun sükan arxasında huşunu itirməsi səbəbindən hava gəmisi Porto şəhərinə məcburi eniş edib. Huşunu itirən əsas pilotun yerinə təyyarəni yerə, təsadüfən sərnişinlər arasında olan başqa bir pilot endirib. İnsident nəticəsində xəsarət alan olmayıb. Halı pisləşən pilot isə xəstəxanaya yerləşdirilib.

Rüfət Xəlil / Redaktor.az