Evləndikdən beş dəqiqə sonra ÖLDÜLƏR - Bəy və gəlinin FACİƏVİ SONU / Foto

 21:36 26.08.2019     1925

ABŞ-ın Texas ştatında bədbəxt hadisə baş verib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, gənc cütlük nikahlarını qeydiyyata alandan bir neçə dəqiqə sonra faciəvi şəkildə ölüb.

19 yaşlı Harli Co Morqan və 20 yaşlı Riannon Mari nikah qeydiyyatı idarəsindən çıxandan 5 dəqiqə sonra avtomobilləri ilə qəzaya uğrayıb. Qəza nəticəsində gənclər hadisə yerində keçinib. Hadisəni törədən digər avtomobilin sürücüsü qəzadan xəsarətsiz qurtulub.

Polis faktla bağlı araşdırma aparır.

Vumart və Güvən reklamı Vumart Güvən