Metal detektoru ilə beş milyonluq XƏZİNƏ AŞKARLANDI

 06:16 27.08.2019     2492

Böyük Britaniyanın Somerset qraflığında xəzinə aşkarlanıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, xəzinə ovçuları Adam Steypls və Liza Qreys metal detektorunun köməyi ilə 2600 ədəd qədim sikkə tapıb.

Tapılan sikkələrin II Harold və Vilhelm Fateh dövrünə aid olduğu bildirilir. İlkin məlumata görə, xəzinənin ümumi dəyəri beş milyon funt sterlinqə bərabərdir. Sikkələr Britaniya muzeyinə təhvil verilib.

Rüfət Xəlil / Redaktor.az