5 əsr dəfn olunmayan pir Məhəmmədin qaldığı SIĞINACAQ - VİDEO

 12:04 27.08.2019     3107

Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə qəsəbəsində qayaların içərisində abidə yerləşir.

Redaktor.az xəbər verir ki, bu abidəni əsas yoldan keçənlərin görməsi çətin məsələdir. Qədim abidənin cənuba baxan bir fasadı var, o biri tərəfləri isə qayanın içərisindədir. Abidə qayada oyulmuş mağarada 1402-ci ildə ağ əhəng daşından tikilib. Bu məlumat binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində əks olunub: hicri 805-ci il.

Daha ətraflı videoda:

Redaktor.az