Həkimlər ŞOKDA - Ölən qadın uşaq dünyaya gətirdi

 20:18 27.08.2019     3617

Çexiyanın Brno şəhərində qəribə hadisə yaşanıb.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, beyin ölümü keçirən hamilə qadın uşaq dünyaya gətirib.

Həkim Pavel Jaranın sözlərinə görə, gənc qadın hamiləliyinin 16-cı həftəsində beyin ölümü keçirib. Xəstəxanada aparatların köməyi ilə qadının bətnindəki körpə böyüdülüb. Hamiləliyin 24-cü həftəsində qeysəriyyə əməliyyatı ilə uşaq doğulub.

Çəkisinin 2.1 kiloqram olduğu deyilən körpə hazırda həkim nəzarətindədir. Uşağı dünyaya gətirən ana doğuşdan sonra vəfat edib.

Rüfət Xəlil / Redaktor.az