Təyyarə qəzası bir ailənin məhvinə səbəb oldu - Səyahət faciəyə çevrildi

 23:47 27.08.2019     9082

Böyük Britaniyadan olan ailə Alp dağlarında faciə ilə üzləşib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, Hanna və Conatan Qolşteynlər öz kiçik təyyarələri ilə Alp dağlarında qəzaya uğrayıb.

Məlumata görə, İsveçrə ərazisində yerləşən ucqar Simplon dağ massivində təyyarə qayalıq əraziyə çırpılıb.

Toqquşma nəticəsində təyyarədə olan ailənin azyaşlı uşağı da həlak olub. Həlak olanların cəsədləri təyyarədən xilasedicilərin köməyi ilə çıxarılıb.

Rüfət Xəlil / Redaktor.az