1000 ildir ki, Şamaxıdakı dağın başında dayanan nədir? - VİDEO

 11:30 28.08.2019     15065

Gülüstan – Azərbaycanın Şamaxı rayonu ərazisində yerləşən IX–XII əsrlərə aid qaladır. Qaladan əldə edimiş arxeoloji tapıntıların ən qədimi IX yüzilə aid olsa da, Gülüstan qalası XII yüzildə – XIII yüzilin başlanğıcında köklü şəkildə yenidən qurulmuş və möhkəmləndirilmişdir.

Redaktor.az xəbər verir ki, el əfsanələrindən birində bu qalanın Şamaxı hakiminin öz qızı üçün tikdirdiyi yaylaq imarətinin yerində yarandığı söylənilir. Adətən çox səfalı, gül-çiçəkli yerləri gülüstan adlandırırlar. Yəqin ki, qala tikilməmişdən öncə yaylaq yeri olan dağ Gülüstan adını daşıyırmış və sonra da bu ad onun üstündə tikilən qalaya keçmişdir. Şamaxılı şair Xaqani Şirvaninin "Şamaxı Gülüstanın ətəyindədir" və Arif Ərdəbilinin "Şamaxı Gülüstanında bir qala var" deyimləri də bu fikri təsdiqləyir.

Daha ətraflı videoda: